Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Təhsil sektoru, Ümumi » Bakı Dövlət Universitetinin tələbələri ikili diplom alacaq


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Bakı Dövlət Universitetinin tələbələri ikili diplom alacaq

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, bu ildən etibarən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavrları “dual” yəni, ikili diplom əldə edəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Türkiyənin Yabancı Öyrənci Sınağı arasında əldə olunan razılığa əsasən bu il həm Ankara Universitetinin, həm də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə 30 tələbə qəbul olunacaq. Türk və azərbaycanlı tələbələrin diplomları həmin ölkələrdə tanınacaq.
BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, I kursun I semestrində imtahandan öncə tələbələr türk dilindən imtahan verəcək: “Türk dilini yaxşı mənimsəyən 30 tələbə xüsusi vəsiqə alacaq. Bu, birinc şərt. Bu mərhələdən sonra təbii ki, semestr imtahanlarına buraxılacaqlar. İkili diplomların verilməsi ilə bağlı Qazaxıstanla birgə müəyyən proqramlar həyata keçiririk”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*