Home » Beynəlxalq, Maraqlı, Sosial, Təhsil sektoru, Ümumi » Bakı Dövlət Universiteti dünyanın 700 top universitetləri siyahısına daxil oldu

Bakı Dövlət Universiteti dünyanın 700 top universitetləri siyahısına daxil oldu

“QS World University Rankings-2011” reytinqinə görə Bakı Dövlət Universiteti (BDU) dünyanın 700 top universitetinin siyahısına daxil olub və 643-cu yerdə qərarlaşıb. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə,bu məqsədlə müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib və nəticədə 712 ali məktəb reytinqə daxil olub. Dünyanın ən yaxşı təhsil müəssisələrinin siyahısına bu il daha 80 yeni universitet əlavə edilib. Onlardan 18-i Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı məkanında yerləşən universitetlərdir. Qiymətləndirmə zamanı beş əsas göstərici nəzərə alınıb: tələbə və professorların nisbəti, tələbə və professor-müəllimlərin beynəlmiləlləşdirilmə səviyyəsi, sitat gətirmə indeksi, işəgötürənlər arasında nüfuzu və akademik nüfuzu.
Bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20,000 ali məktəbin mövcud olduğu qeyd olunub. 700 top universitetlər siyahısına düşmək dünyada 4% təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.
Qeyd etmək lazımdır ki, “QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities, Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*