Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » “Bakcell” yaxın vaxtlarda öz ödəniş sistemini istifadəyə verəcək…

“Bakcell” yaxın vaxtlarda öz ödəniş sistemini istifadəyə verəcək…

“Bakcell” MMC yaxın gələcəkdə ödəniş sistemini istifadəyə verəcək.”
AgahMedia.Com informasiya portalının Report.Az resursuna istinadən məlumatına görə, bu barədə açıqlama verən şirkətin Əlavə dəyər xidmətləri üzrə şöbəsinin müdiri Fərəh Allahverdiyeva bildirib ki, söhbət “Bakcell”in yaratdığı elektron pul kisəsindən gedir: “Bunun vasitəsi ilə kommunal xidmətlərin haqqının ödənilməsi, pul köçürmələri və s. maliyyə xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub. Gələcəkdə isə bu sistem vasitəsi ilə metro və avtobuslarda gediş haqqını ödəmək mümkün olacaq.”
“Bakcell” rəsmisi yeniliyin tətbiqi üçün ölkənin iri banklarından biri ilə əməkdaşlığa başladıqlarını bildirsə də, həmin bankın adını açıqlamayıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*