Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » “Bakcell” şirkəti 3G xidmətlərinə hazırlıq üçün sınaq mərhələsini həyata keçirir

“Bakcell” şirkəti 3G xidmətlərinə hazırlıq üçün sınaq mərhələsini həyata keçirir

Mobil operatorun noyabrın 18-də yaydığı məlumatda deyilir ki, test rejimi ölkənin 62 şəhərində aktivləşdirilib. AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, proses noyabrın 3-də – 3G lisenziyasının verilməsindən və radiotezliklərin test rejimində istifadəsinə dair B&BTV şirkəti ilə müvafiq protokolun imzalanmasından sonra başlayıb.
Faza-1 ərzində 3G xidmətləri 1000 nəfər daxili istifadəçi, yəni bütün “Bakcell” əməkdaşlarının nömrələri üçün test rejimində aktiv edilib. Həmin mərhələdə bütün “Bakcell” əməkdaşları 3G standartını öz smartfonlarında sınayıblar. Sonrakı sınaqlar 3G modemlərin vasitəsilə və Mi-Fi cihazları paylanaraq sınaqlardan keçirilib.
Faza-2 noyabrın 15-də “Bakcell” şirkətinin seçilmiş dilerlərinin iştirakı ilə başlayıb. Həmin mərhələ ərzində smartfonlar, 3G modemləri və Mi-Fi cihazları paylanaraq test rejimində istifadəyə verilib.
Test rejiminin 3-cü mərhələsi 21 noyabr 2011-ci ildən “Bakcell”in əsas korporativ müştəriləri üçün həyata keçiriləcək. Şirkət öz aparıcı korporativ müştərilərini 3G xidmətlərini sınaqdan keçirməyə dəvət edib: “Bakcell”in 3G xidmətləri Azərbaycan rayonlarının əksəriyyətində və ölkə xaricində şirkətin rouminq tərəfdaşlarının 3G şəbəkələrində istifadə oluna biləcək. “Bakcell”in 3G xidməti vasitəsilə Siz 3G-ni dəstəkləyən mobil telefonunuzdan yüksək keyfiyyətli video zəng, onlayn musiqi və video axını, super sürətli internet kimi xidmətlərdən yararlana biləcəksiniz”.Faza-4, yəni 3G-nin kommersiya istifadəsinə verilməsi abunəçilərə 3G xidmətlərinin göstərilməsi Radiotezliklər üzrə Dövlət Komissiyasından müvafiq radiotezliklərin alınandan sonra başlanacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*