Bakcell “Mobile Finance” servisini istifadəyə verməyə hazırlaşır
01/10/2013 | Posted by AgahMedia.Com under Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi |
|
AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, “Bakcell” şirkəti gələn il “Mobile Finance” servisini təqdim etməyi planlaşdırır. Hazırda Azərbaycan Mərkəzi Bankı və digər tənzimləyici orqanlarla danışıqlar aparılır. Bu servis mobil proqram əlavələri – SMS, SSD əsasında tətbiq olunacaqdır.
Mobil maliyyə xidmətləri gələcəkdə abonentlərə mobil telefon vasitəsilə bir çox ödənişləri həyata keçirməyə imkan verəcək.