Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bahalaşma gözlənilir…

Bahalaşma gözlənilir…

AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında dünyada ərzağın qiymətinin artaraq rekord həddə çatdığını vurğulayıb: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bəyanatına əsasən, qiymət indeksinin artması 55 növ qida məhsullarına şamil edilib. Bu isə dünyada qənd, dənli bitkilər, yağ və ətin qiymətinin artmasından irəli gəlib.

FAO dünyada ərzaq böhranının yarana biləcəyinə dair də xəbərdarlıq edir. Bildirir ki, təkcə ötən ilin oktyabrında dünyada ərzağın qiyməti 5 faiz artıb. Taxılın qiyməti isə son 2 ildə ən yüksək həddə çatıb. Nəticədə birjalarda 1 kiloqram ərzaq buğdasının qiyməti 29 sentdir. Braziliyada quraqlıqla əlaqədar 1 kiloqram şəkərin qiyməti son 30 ildə ilk dəfə 70 sentə təklif edilir. Şəkərin bahalaşması ilə əlaqədar qənnadı məhsulları istehsalçılarının malların qiymətini artıracağı istisna olunmur. Ət və süd məhsullarının qiymətlərinin qalxması isə dünyada taxıl böhranının yaranmasının heyvan yeminin bahalaşmasına gətirib çıxarması ilə əlaqələndirilir.
Dünyada ərzaqın bahalaşması Azərbaycana yeyinti məhsullarının idxalının artdığı vaxta təsadüf edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin 9 ayında Azərbaycana ət məhsulları, buğda, şəkər və yağların idxalı artıb. İdxalın artması ilə yanaşı ölkəyə gətirilən ərzaq məhsullarının qiymətində də artım müşahidə olunub. Son 1 ildə Azərbaycana idxal olunan ət məhsulları 40 faiz bahalaşıb. Ötən il ölkə sərhədində 22 qəpiyə başa gələn ərzaq buğdasının qiyməti 28 qəpiyə qalxıb. Ölkəyə gətirilən şəkərin qiyməti isə 1 il əvvəllə müqayisədə 54 faiz artıb.
Güman edilir ki, dünya bazarında qiymətlərin artması, eləcə də ərzaq qıtlığının yaranması ölkəyə idxal edilən məhsulların qiymətlərində kəskin artımlara səbəb olacaq. Xüsusən, 2010-cu ildə kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzaq istehsalının azalması nəticəsində Azərbaycanda ərzaq məhsullarına tələbatın ödənilməsi istiqamətində boşluq yaranıb. Dünyada qıtlıq davam edərsə, bu birmənalı şəkildə ölkədə ərzaq məhsullarının qiymətlərinin artmasına gətirib çıxaracaq”.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*