Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bahalaşma gözlənilir


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Bahalaşma gözlənilir

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Aran bölgəsində baş verən daşqınlar kənd təsərrüfatına ciddi ziyan vurub.

Hazırda zərərin miqdarı açıqlanmasa da dövlət qurumları araşdırmaların aparıldığını deyirlər. İlkin məlumata görə, fəlakət təxminən 51 min hektar əkin sahəsini əhatə edib. 21 min 500 hektar taxıl zəmisi, 22 min 200 hektar yonca, 2650 hektar kartof, 2400 hektar tərəvəz, 1500 hektar pambıq, 80-100 hektar şəkər çuğunduru və 710 hektar bostan su altında qalıb. 126 baş iribuynuzlu, 300 baş xırdabuynuzlu heyvan və 57 min baş quş tələf olub. Bu arada daşqınların qiymət artımlarına yol açacağı istisna olunmur. Artıq tikinti, istehlak bazarlarında müəyyən qiymət artımları baş verməkdədir. Ən pisi isə bu artımların davamlı olacağının istisna edilməməsidir. Belə ki, ilin sonuna doğru bahalaşma sürətlənəcək. Iqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov kənd təsərrüfatına dəyən ziyanın kiçik rəqəmlərlə ölçülmədiyini deyir: “Daşqınlar tam aradan qalxmadığından hesablamalar aparılmayıb. Lakin ilkin rəqəmlər ziyanın böyük olduğunu göstərir. Nəzərə alsaq ki, daşqınların baş verdiyi bölgələrin əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı məhsullarının istehsalıdır bu mövsüm sözügedən bölgədən paytaxt bazarlarına əvvəlki illərdəki həcmdə məhsul çıxarılmayacaq. Başqa tərəfdən Aran rayonları məsafə baxımından şəhərə daha yaxındırlar. Həmin bölgələrdə məhsul qıtlığı səbəbindən paytaxt bazarlarının təhcizatçısı rolunda daha uzaq rayonlar oynaya bilər. Çatdırılma və digər xərcləri maya dəyərinə əlavə etsək bu bölgələrin məhsulları Aran rayonlarında istehsal olunan məhsullardan baha qiymətə satılacaq”.
Ekspert sözlərinə görə, ilin ikinci yarısında Azərbaycanda ciddi qiymət artımları gözlənilir. Çünki, daşqınların yalnız iqtisadi deyil psixoloji təsirləri də var:”İyul ayından başlayaraq istehlak bazarında bir sıra məhsulların, eləcə də ərzağın qiymətində artımlar müşahidə ediləcək. Kənd təsərrüfatı məhsullarının qiyməti əvvləki illə müqayisədə yüksək olacaq. Bu həm də fermerlərin vaxtında subsidiyaları ala bilməmələrindən irəli gəlir. Yaranmış vəziyyət əkinlə bağlı müəyyən problemlər yaratdı . Belə ki, əkin sahələri və məhsul istehsalı azaldı. Bu sektorda paytaxt bazarlarına çıxışla bağlı maneələr qalmaqdadır. Güman edilir ki, həmin kənd təsərrüfatı sektorunda inhisarın qalması, bir sıra məhsulları üzrə əkin sahələrinin azalması, iqlim faktoru kənd təsərrüfarı məhsullarında bahalaşması ilə nəticələnəcək. Bu arada neftin qiymətinin artması dövlət büdcəsinə yenidən baxılmasını gündəmə gətirib. Əgər may ayında büdcəyə yenidən baxılarsa və büdcəyə əlavə, dəyişikliklər olunarsa, büdcə vasitəsi ilə maliyyələşdirilən investisiya layihələrinə vəsait ayrılması barədə qərar qəbul edilərsə, bu pul dövriyyəsinin şişməsinə, nəticədə bahalaşmaya səbəb olacaq.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*