Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » “Azercell Telekom” 3G xidmətlərinin tətbiqinə start verdi

“Azercell Telekom” 3G xidmətlərinin tətbiqinə start verdi

“Azercell Telekom” MMC noyabrın 18-dən öz abunəçilərinə 3G xidmətləri göstərməyə başlayıb.Şirkətə 3G xidmətləri göstərilməsi üçün lisenziyanı 2011-ci il noyabrın 2-də Rabitə və İnformasiya Texnologiyaları Nazırıyi verib
AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, “Azercell”in 3G xidmətləri göstərməyə başlaması ilə əlaqədar noyabrın 18-də “Hilton Baku” hotelində keçirilən tədbirdə şikətin rəhbəri Ali Ağan, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirak edib.

A.Ağan ilk növbədə belə bir xidmətdən istifadəyə start verildiyinə görə bütün “Azercell” abunəçilərini təbrik edib. O, eyni zamanda vurğulayıb ki, “Azercell” 3G xidmətlərinin tətbiqinə çoxdan hazır idi: “Hələ 2009-cu il “BakuTel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində şirkət ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmişdi. “Azercell” ondan sonra dəfələrlə bəyan edib ki, şirkət yalnız texnoloji baxımdan deyil, həm də müvafiq cihazların təminatı baxımından yeni texnologiyanın tətbiqinə hazırdır”.A.Ağan vurğulayıb ki, 3G texnologiyasının tətbiqi üçün lisenziyanın verilməsi “Azercell”in 15 illik yubileyi üçün xoş hədiyyə olub.
AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, İ.Məmmədov qeyd edib ki, nazirliyin həm “Azercell”, həm də “Bakcell” mobil operatorlarına bu xidmətlə bağlı lizenziyalar verməsi qarşıdan gələn “Bakutel” sərgisi və 2012-ci ilin may ayında keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi zamanı xüsusi əhəmiyyət daşıyacaq. Nazir müavini indiyə qədər lisenziya verilməsinin yubanmasının sırf texniki hallarla bağlı olduğunu deyib.

3G vasitəsilə abonentlər 7,2 mbit/s qədər sürətə malik mobil internetdən istifadə edə bilərlər. Bu isə hazırda istifadə edilən 2G texnologiyasından 20 dəfə artıq sürət deməkdir. Bakı və Azərbaycanın bəzi ərazilərində 3G sürəti hətta 21 mbit/s qədər çatacaq.
AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, bu sistemin köməyilə videozənglər etmək, cib telefonundan televiziyaya baxmaq, hadisə yerindən canlı yayım aparmaq, böyük həcmli video faylları telefon vasitəsilə göndərmək mümkün olacaq. Bundan əlavə, 3G sayəsində uzaqdan səhiyyə xidmətləri göstərmək, nağd pul daşımadan hər cür alış-veriş aparmaq, kommunal xərclərin ödənilməsi və bir çox bank əməliyyatlarını da telefondan həyata keçirmək imkanı yaranacaq.
Bu sistemə qoşulmaq üçün “Azercell” abonentlərinə öz “Sim” kartlarını yeniləmək lazım gəlməyəcək. “Azercell”in 3G sistemindən faydalanmaq üçün yalnız 2525 qısa nömrəsinə “3G” mətnli SMS göndərmək kifayətdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*