Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Təhsil sektoru, Ümumi » “Azercell” in dəstəyi ilə Xəzər Universitetində “E-learning” otağı yaradıldı

“Azercell” in dəstəyi ilə Xəzər Universitetində “E-learning” otağı yaradıldı

AgahMedia.Com informasiya portalının “AzərTAc”a istinadən məlumatına görə, “Azercell Telekom” MMC-nin dəstəyi ilə Xəzər Universitetində “E-learning” (Elektron öyrənmə) otağı açılmışdır.
MMC-dən AzərTAc-a bildirmişlər ki, “E-learning” otağı müasir proqram təminatı olan 26 kompyuterlə təchiz edilmişdir. Mərkəzin köməyi ilə tələbələr elektron təhsilin verdiyi üstünlüklərdən yararlana biləcəklər. Otaq tələbələrin biliklərinin artırılmasını təmin etmək məqsədilə geniş funksiyalarla təchiz edilmişdir. Artıq burada keçiriləcək dərslərin və imtahanların cədvəli tərtib edilmişdir. Mərkəzdə əsasən iqtisadiyyat və menecment fakültəsinin dərsləri keçiriləcəkdir.
Tədbirin açılışında çıxış edən “Azercell” şirkətinin prezidenti Əli Ağan son illərdə informasiya və kommunikasiya texnologiyalarının öyrənmə metodikasının sürətli inkişafına şərait yaradıldığını bildirmişdir.
“E-Learning” artıq səmərəliliyi sübut edilmiş yeni təhsil texnologiyalarından biridir. Təhsilin yeni üsulu kimi qəbul edilən “elektron öyrənmə” yeni texnologiyaların köməyi ilə həyata keçirilən təlim və tədris formasıdır. Bu zaman biliklərin, vərdişlərin və bacarıqların ötürülməsi üçün elektron kommunikasiya vasitələrindən fəal surətdə istifadə edilir. “E-learning” ixtisaslaşdırılmış saytlar vasitəsilə tədrisdən, virtual siniflərin, rəqəmli laboratoriyaların təşkilindən, xüsusi tədris proqramlarının istifadəsindən ibarətdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*