Home » Biznes sfera və iqtisadiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Azercell “Eurovision 2012”-nin əsas partnyoru oldu

Azercell “Eurovision 2012”-nin əsas partnyoru oldu

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Avropa Yayımları Birliyi (EBU) Azərbaycanın ən böyük mobil rabitə operatoru və “TeliaSonera” Qrupunun üzvü olan Azercell şirkətini Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Eurovison-2012 Mahnı Müsabiqəsinin əsas tarafdaşı elan edib. Üç şou–22 və 24 may tarixlərindəki yarımfinal mərhələləri və 26 may tarixində final mərhələsi Azərbaycanın ictimai yayımçısı-İctimai TV vasitəsilə canlı yayımlanacaq.
Azercell Azərbaycanın mobil rabitə bazarında 55%-dən artıq payı ilə ölkənin ən böyük mobil operatorudur və yeni texnologiyaları tətbiq edən, geniş çeşidli məhsul və xidmətlər təqdim edən təşkilat kimi Azərbaycanda mobil rabitə sahəsində tendensiyaları formalaşdıran qurum kimi tanınır. Azercell Nordik və Baltik ölkələrdə, İspaniya və Avrasiyanın formalaşan bazarlarında, Rusiya və Türkiyədə fəaliyyət göstərən Avropanın beşinci ən böyük telekommunikasiya şirkəti “TeliaSonera”-nın bir hissəsidir. “TeliaSonera” Helsinkidə 2007-ci ildə keçirilmiş Eurovision Mahnı Müsabiqəsinin də əsas tarafdaşı olub.
“Eurovision Mahnı Müsahibəsi-2012”-nin əsas tarafdaşı kimi Azercell-ə Azərbaycanda gözlənilən tədbirləri işıqlandırmaq məqsədilə geniş pan-Avropa media, assosiasiya, tədbir və yeni media hüquqları verilib.
Eurovision TV-nin direktor vəzifəsini icra edən Yorqen Frank bildirib: “Biz artıq bu mərhələdə Avropanın sevimli TV şousuna böyük maraq göstərən Azercell-in müsabiqədə “Təqdim edən Tərəfdaş” kimi çıxış etməsindən məmnunuq.”
Azercell Telekom MMC-nin Prezidenti Ali Ağan qeyd edib: “Biz Bakıda “Eurovision Mahnı Müsabiqəsi-2012”nin əsas tarafdaşı olmaqdan qürur hissi duyuruq. Azercell hər zaman Azərbaycanın dünyada tanıdılmasına xüsusi əhəmiyyət verib və bu müsabiqə hamımız üçün gözəl bir fürsətdir. Biz Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin bir hissəsi olmaqdan fəxr edirik və bu sevinci 2012-ci ildə ölkəmizlə bölüşəcəyik”.
Eurovision Mahnı Müsabiqəsi üçün Avropa Yayımları Birliyinin hazırladığı beynəlxalq kommersiya və marketinq platformasının bir hissəsi olan saziş İsveçrənin Lusern şəhərində yerləşən T.E.A.M. (Televiziya Tədbirləri və Media Marketinqi AG) şirkəti tərəfindən razılaşdırılıb. Bu şirkət 2004-cü ildən etibarən Eurovision Mahnı Müsabiqəsinin kommersiya hüquqlarına malik dünya miqyaslında eksklüziv marketinq agentliyidir.
Tarixi 1956-ci ilə təsadüf edən Eurovision Mahnı Müsabiqəsinin zəngin ənənə və irsi var. O, azad yayımlanan televiziya və “onlayn” formatında mühüm vaxtda Eurovision peyk şəbəkəsi ilə canlı verilən əsl pan-Avropa televiziya proqramlarından biridir. Üç şou Avropa və onun kənarlarında yaşayan ümumi hesabla 100 milyondan artıq tamaşaçını cəlb edir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*