Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Nuşirəvan Məhərrəmli: Rəqəmsal yayıma keçmək üçün son müddət 2015-ci ilin yayıdır

Nuşirəvan Məhərrəmli: Rəqəmsal yayıma keçmək üçün son müddət 2015-ci ilin yayıdır

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MTRSH_Sedri_Nusirevan_Meherremli

AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycan rəqəmsal yayımla bağlı bütün məsələləri həll edib.
Şura sədrinin sözlərinə görə, Azərbaycan ərazisi artıq rəqəmsal yayımla əhatə olunub: “Bununla bağlı hər hansı problemimiz yoxdur. Sadəcə, analoq yayımın dayandırılmasına tələsmirik. Çünki bizim əsas məqsədimiz əhalinin rahatlığıdır. Yoxsa analoq yayımın dayandırılması bizim üçün problem deyil. İstənilən vaxt bunu dayandıra bilərik. Biz istəyirik ki, bu məsələ tədricən həyata keçirilsin. Əhali də yavaş-yavaş dekoderləri alıb, televiziya kanallarındakı verilişlərə baxa bilsinlər”.
Şura sədri qeyd edib ki, rəqəmsal yayıma keçmək üçün son müddət 2015-ci ilin yayıdır: “Biz öz işimizi görmüşük, televiziya kanallarının rəqəmsal yayıma keçməyə hazır olub-olmadıqları isə onların problemidir”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*