Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin statistikası…

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin statistikası…

AgahMedia.Com informasiya portalının Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, 2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək 30,2 milyard manata bərabər olmuşdur.

İstehlakçılara 15,1 milyard manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılmışdır.

Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılmışdır.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*