Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Azərbaycanda ən çox alış-veriş edilən supermarketlər…
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Azərbaycanda ən çox alış-veriş edilən supermarketlər…

Azərbaycanda ən çox alış-veriş edilən supermarketlərin adları məlum olub. Bu, “Business Insight International Research Group”un “İstehlak vərdişlərinə dair marketinq araşdırması zamanı” məlum olub. AgahMedia.Com informasiya portalının FED.Az saytına istinadən məlumatına görə, sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1109 respondentlə həyata keçirilib.
Sorğuda məlum olub ki, alıcıların 62%-i gündəlik tələbat mallarını supermarketlərdən, 31,2% kiçik məhəllələrdə yerləşən marketlərdən, 6,8% isə bazarlardan alır.
Araşdırma göstərir ki, ölkənin, xüsusilə də paytaxtın pərakəndə satış bazarında fəalliğı ilə seçilən “Araz” və “Bravo” marketləri olub. Sorğu nəticələri göstərir ki, ən çox alış-veriş edilən supermarketlər sırasında məhz bu iki şirkət liderlik edir.

Nəticələr göstərir ki, “Araz” supermarketlər şəbəkəsinin daha geniş olması “Araz”-ın seçimində əsas səbəbdir. İlk üçlüyü “Bazar Store” qapayır, 4-cü yeri isə “Oba” marketlər şəbəkəsi tutur.
Ən az alış-veriş edilən supermarket şəbəkələri isə “Kinqsmart”, “Bolmart” və “Mega Store” olub.
Vətəndaşlar supermarket seçimlərinin nəyə əsaslandığını da bildiriblər və burada maraqlı nəticələr var.

Belə ki, sorğuda iştirak edənlərin 43,6%-i supermarketi qiymətə görə, deyil, məhz evə yaxın olmasına görə seçdiklərini bildiriblər.

Səs vermədə iştirak edənlərin 27%-i supermarketi qiymətinə görə, 26,2%-i isə məhsulların keyyfiyyətinə görə seçdiklərini bildiriblər.

Vətəndaşların supermarket seçimində heç fikir vermədikləri məsələ isə parkinq olub. Cəmi 0,4% respondent supermarketi məhz parkinqinə görə seçdiyini bildirib. Hərçənd, bu göstərici, sorğuda iştirak edənlər arasında avtomobil sahiblərinin az olması ilə də bağlı ola bilər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*