Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Azərbaycanda elektron arayışların sayı artırıldı

Azərbaycanda elektron arayışların sayı artırıldı

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmi

AgahMedia.Com informasiya portalının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, bu gün “Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib.

İstifadəçilər tərəfindən səbirsizliklə gözlənilən həmin e-arayışlar aşağıdakılardır:
Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
Yaşayış yeri haqqında arayış
FİN-ə görə fərdi məlumatların axtarışı
Diplom haqqında məlumatlar
Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış – Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

Yaşayış yeri haqqında arayış – Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür .

FİN-ə görə fərdi məlumatların axtarışı – Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:
Soyad, ad, ata adı
FİN
ŞV verilmə tarixi
Etibarlılıq tarixi
Verən orqanın adı
Vətəndaşlıq
Yaşayış ünvanı
Doğum yeri
Doğum tarixi
Boy
Qan qrupu
Ailə vəziyyəti
Hərbi vəzifə
Cins
Göz rəngi

Diplom haqqında məlumatlar – Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:
Qəbul olduğu təhsil müəssisəsinin adı
Qəbul olduğu ixtisas
Yerdəyişmə üzrə məlumatlar
Bitirdiyi təhsil müəssisəsinin adı
Bitirdiyi ixtisas
Fakültə
Təhsil pilləsi
Təhsil forması
Təlim dili
TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
Təhsil müəssisəsinə daxil olduğu il
Təhsil müəssisəsini bitirdiyi il
Diplomun seriya və nömrəsi
Diplomun növü

E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.

Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*