Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində müəyyənləşdirildi

2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində müəyyənləşdirildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb. Sənədə əsasən, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, dövlət başçısı həmçinin 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb. Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*