Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial » Azərbaycanda daxili turizmə maraq artır…

Azərbaycanda daxili turizmə maraq artır…

“Yeni il bayramı günlərində Azərbaycan mehmanxanalarında yerlər daha çox yerli turistlər tərəfindən bronlaşdırılıb.” AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, yeni il günlərində Azərbaycana istirahətə gələn əcnəbilər isə əsasən, Rusiya, İran, ərəb ölkələri və Qazaxıstan vətəndaşları olublar.

Reklam:
Compare Hotels rates & Flight tickets prices from 100+ top booking sites at once…, Check the prices & save up to 80 %…, Click to find cheap, affordable travel offers, new deals campaigns… >>> www.travelkinds.com

Ümumilikdə gələn əcnəbilərin sayının az olduğunu deyən M.Ağakərimov qeyd edib ki, həm yerli, həm də əcnəbi turistlər Azərbaycanın əsasən, Şamaxı, Şəki, Qax, Qəbələ, Qusar, Quba rayonlarında istirahət etməyə üstünlük veriblər.

AzTA rəsmisi hesab edir ki, xarici turistlərin, o cümlədən əvvəllər dincəlmək üçün Türkiyəyə, Avropa ölkələrinə gedən Azərbaycan vətəndaşlarının bu il ölkə daxilində istirahətə üstünlük verməsinin əsas səbəbi təhlükəsizliklə bağlıdır:

“Bunun əsas səbəblərindən biri dünyada baş verən terror hadisələridir. Azərbaycanda ictimai-siyasi vəziyyət stabildir, eyni zamanda turistlər üçün təhlükəsiz ölkədir. Azərbaycanda multikultural dəyərlərin yüksək olması, manatın devalivasiyası, infrastrukturun qış turizmi üçün münasibliyi də ölkəmizə marağı artırır”.

Xatıladaq ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü (2016-cı il, 31 dekabrı) və Yeni il bayramı (2017- ci il, 1, 2 yanvar) ilə əlaqədar dekabrın 31-dən yanvarın 5-dək ölkədə qeyri-iş günləri olub.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*