Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Ümumi » Azərbaycan Mərkəzi Bankı Asiyanın qiymətli kağızlar bazarına 1 milyard dollar sərmayə qoymağa hazırlaşır

Azərbaycan Mərkəzi Bankı Asiyanın qiymətli kağızlar bazarına 1 milyard dollar sərmayə qoymağa hazırlaşır

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Merkezi_Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) Asiyanın qiymətli kağızlar bazarına 1 milyard dollar yerləşdirməyi planlaşdırır. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə danışan AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayevin sözlərinə görə, Çin bazarı xüsusi qaydalarla tənzimlənir və AMB bu bazara çıxmaq üçün xüsusi müqavilə bağlayıb: “Asiyanın digər bazarlarına vəsaitlərin yerləşdirilməsi isə əcnəbi menecerlər vasitəsilə həyata keçiriləcək”.
A.Babayev qeyd edib ki, ümumilikdə 1 milyard dollar yerləşdiriləcək: “500 milyon dollar tərəfimizdən müqavilə əsasında Çin bazarında, qalan 500 milyon dollar isə xarici menecerlər vasitəsilə Asiyanın digər bazarlarında yerləşdiriləcək”.
AMB-nin maraq dairəsində əsasən İndoneziya, Malayziya, Sinqapur və Cənubi Koreya bazarlarıdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*