Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycan əsilli işadamı rusiyalı milyarderlərin reytinqində 7-ci oldu …

Azərbaycan əsilli işadamı rusiyalı milyarderlərin reytinqində 7-ci oldu …

“LUKoil”in sahibi Vahid Ələkbərov

Məşhur “Forbes” dərgisi 2018-ci ildə aktivlərin satışından və dividendlərdən ümumilikdə 11 milyard dollardan çox qazanan rusiyalı milyarderlərin reytinqini tərtib edib.
AgahMedia.Com informasiya portalının Report.Az resursuna istinadən məlumatına görə, siyahıya “Maqnit”in yaradıcısı Sergey Qalitski (2,44 milyard dollar) rəhbərlik edir.

İlk üçlükdə həmçinin “Oneksim” qrupunun sahibi Mixail Proxorov (1,77 milyard dollar) və Novolipetsk Metallurgiya Kombinatının (NLMK) rəhbəri Vladimir Lisin (1,59 milyard dollar) qərarlaşıb.

“LUKoil” şirkətinin başçısı Vahid Ələkbərov 740 milyon dollar ilə “Forbes”un siyahısında 7-ci yeri tutub.

Reytinqdə həmçinin “Severstal” şirkətinin rəhbəri Aleksey Mordaşov (1,46 milyard dollar), “USM Holdings”in təsisçisi Əlişir Usmanov (1,12 milyard dollar), “Norilsk nikeli”nin rəhbəri Vladimir Potanin (1,12 milyard dollar), “Renova”nın sahibi Viktor Vekselberq (710 milyon dollar), “Evraz”ın əsas səhmdarı Roman Abramoviç (600 milyon dollar) və iş adamı Süleyman Kərimov (490 milyon dollar) yer alıblar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*