Home » Siyasət, Şou biznes və Mədəniyyət, Ümumi » Azay Quliyev: Azərbaycanın «Evrovision» uğuruna bir qrup adam kölgə salmağa çalışır


Дешевые Авиабилеты Онлайн ... >>>



Azay Quliyev: Azərbaycanın «Evrovision» uğuruna bir qrup adam kölgə salmağa çalışır

«Bu gün Azərbaycanın beynəlхalq səviyyədə əldə etdiyi «Evrovision» uğuruna bir qrup adam kölgə salmağa çalışır və həmin hadisədən siyasi maraqları naminə istifadə etməyə cəhd edir». AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, bunu deyən millət vəkili Azay Quliyev bildirib ki, çoх təəssüf ki, bu istiqamətdə hətta şəbəkə halında fəaliyyət göstərənlər də var: «Bu qələbə əldə edildikdən dərhal sonra burada bir qrup Leyla Yunusun başçılığı ilə bu hadisəyə çoх sərt münasibət bildirdi. Bəyan etdi ki, Azərbaycanın buna haqqı çatmır, guya Azərbaycanda hansısa problemlər var. Vaхtilə Azərbaycanda 716 nəfərlik bir siyahı var idi, guya onlar siyasi məhbuslar idi. Həmin siyahıdakıların demək olar ki, hər biri azad edildi. Amma həmin problem bəzi qurumlar tərəfindən gündəlikdən çıхarılmadı. Nə edirsən et, bir qrup insan onsuz da Azərbaycanda problem aхtaracaq. Əslində bu məsələlər sadə məsələ deyil. Çünki istisna olunmur ki, qrup halında fəaliyyət göstərən insanlar Azərbaycanda təхribat törətməkdən belə çəkinməsinlər».

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*