Home » Sosial, Təhsil sektoru, Ümumi » Azərbaycanda orta təhsilin müddəti 12 il ola bilər

Azərbaycanda orta təhsilin müddəti 12 il ola bilər

“Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib”. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2011-ci ilin tələbə qəbulunun yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. O, məsələnin hələlik müzakirə olunduğunu bildirib. M. Abbaszadə qeyd edib ki, orta təhsilin müddəti 12 il olarsa, bu mərhələli şəkildə həyata keçiriləcək: “Biz dünya təhsil sisteminin bir hissəsi olmalıyıq. Təhsil sistemləri bir-birinə inteqrasiya olunur. Amma hər bir təhsil sisteminin özünəxas istiqamətləri var. Biz istəyirik ki, 12 illik təhsildən sonra hamı təhsil ala bilməsə də, müasir dünyada özünə yer tapsın, müəyyən bilik və bacarıqlara yiyələnsin. Buna görə hesab edirik ki, 12 illik təhsil zamanın tələbidir. Bizim uşaqlar I sinfə gedir və karvan kimi XI sinfə doğru irəliləyirlər, XI sinfi bitirəndə isə onların yalnız 10-12 faizi XI illik proqramı mənimsəyir. Biz istəyirik ki, bizim uşaqlar açıq dünyada, rəqabət olan dünyada öz yerlərini tapsınlar”. Təhsil Nazirliyinin ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə çıxışında bildirib ki, orta təhsil pilləsinin 12 il nəzərdə tutulması mütərəqqi haldır: “Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*