Home » Beynəlxalq, Siyasət, Ümumi » Azərbaycanlı jurnalist İranda həbs olundu

Azərbaycanlı jurnalist İranda həbs olundu

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan azərbaycanlı jurnalist Əkbər Azad tutulub. O, 6 gün əvvəl tutulsa da, xəbər yenicə yayılıb.
AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları mayın 25-i Tehranda Azərbaycan və fars dillərində çıxan “Varlıq” və “Yarpaq” jurnallarının əməkdaşı Əkbər Azadın mənzilinə gələrək onu bilinməz istiqamətə aparıblar. ETTELAAT əməkdaşlarının jurnalistin evində axtarış apardığı, ona məxsus kompüteri, CD-ləri, kitabları və bir sıra şəxsi əşyaları götürdüyü bildirilir. Əkbər Azad İranda Azərbaycan dil və mədəniyyətinin tanınması uğrunda apardığı fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə saxlanaraq mülk girovu qarşılığında azadlığa buraxılıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*