Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Təhsil sektoru, Ümumi » Azərbaycanın yeni təhsil naziri haqqında məlumat

Azərbaycanın yeni təhsil naziri haqqında məlumat

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Mikayil_Cabbarov

Məlum olduğu kimi, ölkə prezidentinin dünən imzaladğığı sərəncamla təhsil naziri postuna Mikayıl Çingiz oğlu Cabbarov təyin olunub. Yeni təhsil naziri haqqında məlumatin ictimaiyyət üçün də maraqlı olduğunu nəzərə alaraq, Mikayıl Cabbarovun kimliyi haqqında bu məlumatı dərc edirik. Yeni təhsil naziri Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. O, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisadiyyat Universitetində və Makcorc universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
M.Cabbarov Nyu-York şəhərinin Vəkillər Kollegiyasının üzvüdür. İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) prezidenti vəzifələrində çalışıb.
2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu ilin martın 6-dan isə İçəri Şəhər Qoruğunun direktoru kimi fəaliyyət göstərib.
Ailəlidir, iki uşağı var.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*