Home » Sosial, Təhsil sektoru, Ümumi » Azərbaycanın təhsil sistemində daha bir yenilik

Azərbaycanın təhsil sistemində daha bir yenilik

Bu ildən tələbələr əyani və ya qiyabi təhsil alacaqlarını qəbuldan sonra seçəcəklər. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, TQDK-nın sədr müavini Namiq Babayev bu gün keçirdiyi bildirib ki, bundan sonra hər hansı bir ixtisasa daxil olan tələbə hansı təhsil formasında (əyani və ya qiyabi) təhsil alacağını özü seçəcək. Namiq Babayevin sözlərinə görə, bu il magistraturaya aparılan qəbul imtahanlarında da bu metod tətbiq edilib: “Əvvəllər ali məktəblərdə ixtisaslar təhsil forması üzrə bölünürdü. Bu il isə abituriyentlərə istənilən təhsil formasını seçməkdə sərbəstlik verilib. Müsabiqə ixtisaslar üzrə aparılacaq, hər hansı bir ixtisasa daxil olan tələbə daxil olduğu ali məktəbdə qeydiyyatdan keçərkən əyani və yaxud qiyabi təhsil alacağını özü seçəcək. Bu, çox ciddi yenilikdir”. Namiq Babayev deyib ki bundan sonra rus və Azərbaycan bölməsində bütün ixtisaslar üzrə müsabiqə birgə aparılacaq. Qeyd edək ki, indiyə kimi birgə müsabiqə ancaq bəzi ixtisaslar üzrə aparılırdı.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*