Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycanın “Eurovision 2012” mahnısı təqdim olundu

Azərbaycanın “Eurovision 2012” mahnısı təqdim olundu

Azərbaycanın “Eurovision 2012” mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva “Bakı Kristal Zalı”nda “When the music dies” mahnısını ifa edəcək. AgahMedia.Com portalının “Səs” informasiya agentliyinə istinadən məlumatına görə, mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. İngilis dilində ifa olunacaq “Eurovision 2012” mahnımız lirik janrdadır. Mahnıda milli musiqimizlə sintez də var.
Mahnı sevgi fəlakəti və onunla bağlı dərin ağır tәәssüratlar haqqında dramatik hekayədir. İncә, eyni zaman məzmunlu melodiya və emosional partlayışlar bir birinin ardınca gələrək Səbinənin səsinə xas olan geniş diapazonu, qüvvәti tembr xüsusiyyətlərini açır.
Müsabiqənin rəsmi saytı bildirir ki, “When the Music Dies” Avropa musiqisinin son tendensiyaları və Azərbaycanın milli ənənələrinin unikal birləşməsidir. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri – kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub. Milli musiqi partiyalarının yazısında Oqtay Şərifov, Sərxan Vahabov, Azərbaycan əməkdar artisti Şirzad Fətəliyev və Yaşar Baxış Azərbaycan musiqiçiləri cəlb edilib, muğam partiyasını isə Alim Qasımov ifa edir.
“”When The Music Dies” mənim üçün xüsusi bir mahnıdır. Mən onu qəlbimin hər küncü ilə hiss edirəm. Onu hər dəfə ifa edəndə hekayəti bir daha da yenidən yaşayıram. Məncə, belə cür təəssüratları hamımız hiss etmişik. Əminəm ki, musiqi heç vaxt ölməməlidir, çünki bizə heç nəyə baxmayaraq yaşamağa kömək edir” – Səbinə mahnı barədə söyləyir.
“When the music dies” mahnısının müəllifləri Anders Bagge bu vaxtadək Madonna, Janet Jackson, Santana, J.Lo, Celine Dion, Enrique İqlesias kimi məşhur müğənnilər üçün mahnı yazıb və prodüserlik edib.
Johan Krounlund Stokholmda səsyazma studiyasında çalışan bəstəkar və prodüserdir. Məşhur pop-dans artistlərlə çalışıb. Sandra Bjurman və Stefan Örn isə Azərbaycanın Eurovision 2011 təmsilçiləri Eldar və Nigarın qalib mahnısı “Running Scared”in müəllifləridir. Səbinə Babayevanın “When the music dies” mahnısının rəsmi videosu martın 19-da təqdim ediləcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*