Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycanın banklararası valyuta əməliyyatlarının 71%-i “Blumberq”də qeydiyyatdan keçirilir

Azərbaycanın banklararası valyuta əməliyyatlarının 71%-i “Blumberq”də qeydiyyatdan keçirilir

2011-ci ilin iyul ayından Azərbaycanın banklararası valyuta bazarının “Blumberq” beynəlxalq informasiya-ticarət sisteminə qoşulmasında məqsəd bu seqmentin daha da inkişaf etdirilməsi üçün mütərəqqi əməliyyat meydançası yaratmaq idi. AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Azərbaycan banklararası valyuta bazarının “Blumberq” beynəlxalq informasiya-ticarət sisteminə qoşulması nəticəsində mövcud 44 bankın 24-ü AZN üzrə ticarət sahəsində valyuta əməliyyatlarının hamısını “Blumberq”də qeydiyyata alır. Bu ümumilikdə bütün valyuta əməliyyatlarının 71%-i deməkdir. Bankların yeni ticarət sisteminə könüllü əsasda keçidi sistem iştirakçılarına AZN/USD valyuta məzənnələrinin dinamikasını, alqı-satqı əməliyyatlarının həcm indekslərini və orta çəkili valyuta məzənnəsini, valyutaya olan tələb və təklifi real zaman rejimində izləmək imkanı da verir. Məlumat üçün bildirək ki, Bakı Banklararası Valyuta Birjasında aparılan valyuta əməliyyatlarının həcmi dəyişməz qalaraq 8% təşkil edir. Yeni ticarət meydanından istifadə əvvəllər telefon vasitəsi ilə həyata keçirilən valyuta əqdlərinin əksər hissəsinin şəffaflığını təmin edib. Bununla yanaşı iştirakçı banklar sistem tərəfindən əqdin təsdiqi ilə bağlı tərtib edilən yazılı təsdiqi əldə etmək, habelə “Blumberq” platformasının bankın tranzaksiya sisteminə inteqarasiyası vasitəsilə həyata keçirilmiş əqd üzrə bütün hesablaşma və uçot prosesini tam avtomatlaşdırmaq imkanı da əldə edib. Bu isə öz növbəsində bank əməliyyatlarının səmərəliliyini artırmaqla əməliyyat riskini azaldacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*