Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Sosial, Ümumi » Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsi təsdiq edildi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsi təsdiq edildi

Milli Məclis Azərbaycanın 2013-cü il dövlət büdcəsini təsdiqləyib. Hökumət gələn ilin əsas maliyyə sənədinə bir sıra dəyişikliklər edib. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 2013-cü il dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı 75 deputat çıxış edib, bir sıra rəy və təkliflər səsləndirilib. Deputatların qaldırdıqları məsələləri hökumətin müzakirə etdiyini bildirən Maliyyə naziri Samir Şərifov deyib ki, onların bəzilərinin müsbət həlli üzrə əməli addım atılıb. Belə ki, səhiyyə müəssisələri, xüsusi təyinatlı səhiyyə ocaqlarının maddi-texniki və dərman təminatının yaxşılaşdırılmasına ayrılan məbləğ 3 milyon manat artırılıb. Bundan başqa, siyasi partiyalara ayrılan vəsait 500 min manat artırılaraq, 2,5 milyon manata çatdırılıb. Həmçinin, Milli Məclisin xərclər smetası üçün əlavə 726 min manat ayrılması məqbul hesab edilib. Büdcə təşkilatlarının büdcədənkənar fəaliyyəti nəticəsində görülən işlərə və cərimələrdə nəzərdə tutulan gəlirlərə görə büdcədənkənar təşkilatların gəlirlərinin artmasını nəzərə alaraq, həmin təşkilatlarda maddi-texniki təminatın yaxşılaşdırılması və əmək haqlarının artırılması məqsədilə bu sahəyə əlavə 35 milyon manat ayrılır.Maliyyə naziri onu da bildirib ki, millət vəkillərinin təkliflərinin bir qisminin araşdırılması üçün isə vaxt lazım olduğundan, hökumət onları təhlil etdikdən sonra yaxın perspektivdə müvafiq qərar qəbul edəcək. Beləliklə, büdcə layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında qanun layihəsinə dəyişikliklər barədə məlumat verən Fondun sədri Səlim Müslümov bildirib ki, millət vəkillərinin irad və təklifləri əsasında qurumun büdcəsində pensiya və müavinətlərin əhaliyə çatdırılması üçün 20 milyon manat həcmində nəzərdə tutulan xərclər 300 min manat azaldılıb. Bu məbləğ sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri, sığorta olunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkili maddəsinə əlavə edilməsi qərara alınıb.
Bəzi yaşayış məntəqələrində bankomat çatışmazlığı ilə bağlı deputatların ötən iclasda qaldırdığı suallara cavabında Fondun sədri bildirdi ki, bu təkliflərlə bağlı hər iki müvəkkil bank Kapital Bank və Beynəlxalq Bank rəhbərliyi ilə görüş keçirilib. Növbəti ildən bu sahədə olan problemlər tam aradan qaldırılacaq. Beləliklə, Fondun 2013-cü il büdcəsinin gəlir və xərcləri eyni olmaqla 2 milyard 632,7 milyon manat, yaşayış minimumu 116 manat, ünvanlı sosial yardımlar üçün nəzərdə tutulan ehtiyac meyarı isə 93 manat təsdiqlənib.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, gələn ilin dövlət büdcəsi müstəqil Azərbaycanın tarixində ən böyük büdcədir.
Qeyd edək ki, 2013-cü ildə dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula nisbəti 1,1 faiz təşkil edəcək. Neftin ixrac qiymətinin 1 bareli 100 dollar nəzərdə tutulub.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*