Home » Sosial, Ümumi » Azərbaycandakı mobil telefonlar siyahıya alınacaq

Azərbaycandakı mobil telefonlar siyahıya alınacaq

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun bildirib ki, burada məqsəd ölkə ərazisində olan telefonların qanunvericiliyə uyğun istifadəsini təmin etməkdir.

Yeni sistemin tətbiqi ölkəyə yalnız istehsalçı şirkətə məxsus, lisenziyalı telefonların gətirilməsinə şərait yaratmaqla bərabər, telefon oğurluğunun qarşısını alacaq. Bəlli olacaq ki, oğurlanan telefon artıq şəbəkədə qara siyahiya əlavə olunacaq və bundan istifadə etmək mümkün olmayacaq. Onda heç kəs bunu oğurlamaq istəməyəcək. Çünki oğurladısa, tapmaq çox asan olacaq. İkincisi, oğurlanmış telefon heç kimə lazım olmayacaq. Oğurlanmış telefon o şəbəkəyə qoşulan kimi məlum olunacaq ki, hansı nömrə qoyulub onun içərisinə. Artıq telefonun, oğurlanması qaçırılması bu halları gündəlikdən çıxarlımış olacaq. Yeri gəlmişkən, bu sistem bir çox ölkələrdə tətbiq olunur. Nazirlikdə deyirlər ki, sistemin tətbiqi avropa ölkələrində telefon oğurluğu ilə bağlı statistikanı heçə endirib. Mobil telefonların qeydiyyat sisteminin yaradılması zamanı «qara siyahı»nın tərtibi və vahid bazaya qoşulması oğurluq telefonların xaricdə belə tapılmasını mümkün edir. Nazir müavini onu da əlavə edib ki, ölkəmizdə bunun tətbiq olunması və qaçırılmış sistemlər üzrə ümumdünya bazaya qoşulmağımız bizə o imkanı verəcək ki, həmin bazarda oğurlanmış, qaçırılmış qara siyahıda olan telefonlar bu ölkədə də artıq qara siyahıda olacaq. O telefonlar hansı yolla olur olsun azərbaycana gələcəksə artıq o işləməyəck. Və yaxud bizim daxil etdiyimiz qara listə həmin ölkələrə gedəcək. Burdan qaçırılmış telefon avtomatik avtomatik hər bir ölkədə qara siyahıda yer alacaq .Başqa sözlə, mobil telefon oğurlanıbsa, sahibinin müraciəti əsasında, telefonun imei-kodu «qara siyahı»ya salınacaq və operatorlara bu telefona xidmət göstərmək qadağan ediləcək. Üstəlik, hər bir şəxs almaq istədiyi telefonun oğurluq olub-olmadığını da bu siyahı vasitəsilə yoxlaya biləcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*