Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycandakı mobil operatorlara xəbərdarlıq edilib


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Azərbaycandakı mobil operatorlara xəbərdarlıq edilib

“Ölkə daxilində mobil operatorların göstərdiyi xidmətlərə görə tətbiq edilən qiymətlər reallığa uyğun deyil. Operatorlardan yalnız birinin tarifləri regionda orta qiymətdən aşağıdır.” AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib ki, digər 2 operatorda qiymətlərdə 3-4 dəfə fərq var.

Məsələn, ölkə daxilində eyni istiqamətdə danışığın bir dəqiqəsi bir operatorda 8-10 qəpikdirsə, digərində bu məbləğ hətta 30 qəpiyə çatır. İltimas Məmmədov danışığın konturla deyil, dəqiqə ilə göstərilməsini vacib sayır. Artıq bununla bağlı nazirlik operatorlara xəbərdarlıq da edib.
“5 manata konturlar göstərilir. Konturun ləğvi məsələsi qaldırılıb və operatorlara xəbərdarlıq edilib. Vətəndaşların əksəriyyəti bilmir ki, operatorda konturun qiyməti digərində fərqlidir. Xəbərdarlıq etmişik ki, martın sonundan etibarən şəbəkələrində kontur məsələsini dayandırıb, yalnız manat və qəpiklə xidmət göstərsinlər”,- deyə İltimas Məmmədov bildirib.
Hələlik Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi gələn həftədən operatorlara saytlarda tarifləri aydın şəkildə əks etdirmək barədə tapşırıq verib.
Qurum rouminq qiymətlərinin təhlilini də aparıb. Məlum olub ki, burada da vəziyyət ürəkaçan deyil. 400-dən artıq xarici operatorun olduğunu xatırladan Turizm mövsümünə qədər məsələnin həll olunacağına ümid edən İltimas Məmmədov hesab edir ki, rouminq qiymətlərinin aşağı düşməsi vətəndaşların vəsaitlərdən səmərəli istifadə etməsinə və turizm sektorunun inkişafına imkan verəcək.
“Mobil operatorlardan biri onların göstərdiyi xidmətlərə görə tətbiq olunan tarifin digər operatorlarla müqayisdə çox aşağı olduğunu deyir. Beynəlxalq danışıqlara gəldikdə isə burada da sadə tarif sistemi tətbiq olunduğu bildirilir. Digər iki şirkətdən verilən məlumata görə, rouminq tariflərinin endirilməsi təkcə onlardan asılı deyil. Buna baxmayaraq, hazırda xarici operatorlarla rouminq qiymətlərinin endirilməsi istiqamətində intensiv danışıqlar aparılır. Ölkə daxilində qiymətlərin aşağı salınmasına gəlincə, mobil rabitə operatorları müştəriləri razı salmaq üçün müxtəlif güzəşt və kampaniyalar keçirildiyini bəyan edir. Danışığın müddətinin konturla deyil, vaxtla, yəni dəqiqəylə göstərilməsinə gəlincə, bununla da bağlı iş aparılır.”
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*