Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Azərbaycanda özəl pensiya fondları yaradılacaq

Azərbaycanda özəl pensiya fondları yaradılacaq

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmi

Azərbaycanda qeyri-dövlət pensiya fondları üçün qanunverici baza 2015-ci ilin sonuna qədər yaradılacaq. AgahMedia.Com informasiya portalının “Trend” agentliyinə istinadən məlumatına görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) pensiya-sığorta sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılmasına dəstək göstərilməsi üzrə Aİ-nin tvininq layihəsinin təqdimatında nitq söyləyən,  DSMF-in sədri Elman Mehdiyev bildirib ki, Layihə Latviya Sosial Rifah Nazirliyinin və AFR-in Əmək və Sosial İşlər Nazirliyinin iştirakı ilə reallaşdırılır. 2015-ci ilin noyabrınadək nəzərdə tutulan layihənin gedişində qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyəcək qanun layihələri paketi yaradılacaq. Elman Mehdiyevin sözlərinə görə, bu fondların fəaliyyəti DSMF-nin funksiyaları ilə kəsişməyəcək: “Mən mütəmadi olaraq qeyri-dövlət pensiya institutlarının Dövlət Fondu ilə rəqabət aparacağı barədə səslənən fikirlərlə razı deyiləm. DSMF icbari sosial sığorta sistemi ilə çalışan dövlət strukturudur. Qeyri-dövlət pensiya fondları isə könüllü əsasda vətəndaşların ödəmələrini qəbul edəcək və faktiki olaraq sosial müdafiənin əlavə mexanizmlərini təklif edəcəklər”. “Əmək pensiyaları haqqında” qanuna görə, pensiyalar baza, sığorta və yığım hissələrindən ibarətdir. Bu gün Azərbaycanda real olaraq yalnız baza və sığorta hissələri qüvvədədir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*