Home » Sosial, Ümumi » Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı müsabiqə elan olundu

Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı müsabiqə elan olundu

Milli Televiziya və Radio Şurası (MTRŞ) mədəniyyət kanalının açılması ilə bağlı müsabiqə elan edib.

 AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, şuranın keçirilən iclasında ölkədə teleradio yayımı sahəsindəki mövcud vəziyyət müzakirə edilib.Şura üzvləri teleradio verilişlərinin daha çox şou-biznes xarakterli olması, telekanalların ucuz reytinqə üstünlük verməsi, maarifçilik xarakterli verilişlərin azlığını xüsusi qeyd edib.Şura həmçinin Azərbaycan mədəniyyətinin, tarixinin, coğrafiyasının, milli mənəvi dəyərlərinin, dünya mədəniyyəti incilərinin təbliği ilə bağlı xüsusi sahə xarakterli telekanalın (mədəniyyət televiziya kanalının) açılmasının zəruriliyini vurğulayıb.MTRŞ “Televiziya v Radio yayımı haqqında” qanunun 15-ci maddəsinin tələblərini nəzərə alaraq, Azərbaycanda ixtisaslaşdırılan televiziya kanalının – mədəniyyət telekanalının açılması ilə bağlı Bakı və Abşeron ərazisində 44-cü tezlik resursuna müsabiqə elan edib.Müsabiqəyə ərizə qəbulu avqustun 4-dən sentyabrın 15-dək aparılacaq.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*