Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Azərbaycan İpoteka Fondunun xətti ilə bu ilin yanvar-iyun ayları ərzində 56 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycan İpoteka Fondunun xətti ilə bu ilin yanvar-iyun ayları ərzində 56 milyon manatdan çox ipoteka krediti verilib

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmi

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 56,561 mln. manat həcmində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,52% azdır. AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, AİF-dən bildirilib ki, bu ilin II rübündə 515-i güzəştli şərtlərlə olmaqla ümumilikdə 1429 ipoteka krediti verilib.

Ümumiyyətlə, dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək fond xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 590,611 mln. manata çatıb.
“Adi və güzəştli ipoteka krediti üzrə borcalanların 81,9%-ni kişilər, 18,1%-ni qadınlar təşkil edir. Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 67,3%-i evli, 32,7%-i subaydır. Borcalanların 38,5%-i 18-29 yaş, 33%-i 30-35 yaş arasında, 28,5%-i isə 36 yaşdan yuxarı olub.

Güzəştli şərtlərlə ipoteka krediti alanların 81,1%-ni hərbi qulluqçular, 7,9%-ni məcburi köçkünlər, 7,1%-ni dövlət qulluqçuları, 2%-ni elmlər namizədləri, 1,4%-ni idmançılar, 0,3%-ni şəhid ailələri təşkil edib.

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron və Gəncədə yerləşir. İpoteka yolu ilə alınan mənzillərin 62,8%-nin qiyməti 30 000-60 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 29%-nin dəyəri 60 000-90 000 manat, 3,4%-nin 90 000-120 000 manatdır, 1,4%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 3,4%-nin qiyməti 30 min manatdan aşağı olub.
Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 35,9%-nin məvacibi 1100 manatdan yüksəkdir. İpotekadan yararlananların 21,7%-nin maaşı 700-900 manat, 18,8%-nin 500-700, 16,6%-nin 900-1100, 6,1%-nin 300-500 manatdır. Borcalanların 0,9%nin əmək haqqısı 300 manatdan aşağıdır”, – məlumatda deyilib.

Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 94,8%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 5,2%-ni isə həyət evləri təşkil edir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*