Home » Maraqlı, Sosial, Ümumi » Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 6 faizdən çox artıb

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 6 faizdən çox artıb

Azərbaycanda “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı 279 100 nəfər təşkil edir. AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, bu barədə yanvarın 4-nə olan vəziyyət üzrə “Facebakers” hesabatında deyilir. 2011-ci il yanvarın əvvəlində sosial şəbəkə istifadəçilərinin sayı 2010-cu il dekabrın əvvəli ilə müqayisədə 6,77 faiz (17 700 istifadəçi) artıb. “Facebook”un Azərbaycan seqmenti istifadəçilərin reytinqində 94-cü yerdədir. Bu isə 2010-cu ilin dekabrı ilə müqayisədə iki bənd aşağıdır. Azərbaycandakı İnternet istifadəçilərinin ümumi sayı arasında sosial şəbəkə istifadəçilərinin faizi 0,48 faiz artaraq 7,57 faiz təşkil edib.
AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, istifadəçilərin ümumi sayının 63 faizini kişilər, 37 faizini qadınlar təşkil edir. Daxil olanların sayı üzrə birinci yer 18 yaşdan 24 yaşadək (50 faiz) olan müştərilərə, təxminən yarısı 25-34 (26 faiz) yaş kateqoriyasından olanlara, üçüncü yer isə 16-dan 17-dək (9 faiz) yaş kateqoriyasından olan auditoriyaya məxsusdur.
13-15, 35-44 və ondan yuxarı yaş kateqoriyalarının payına altı faiz düşür, iki faiz 45-54 yaş və yalnız bir faiz 55-64, 65 və ondan yuxarı yaş kateqoriyasından olan istifadəçilərin payına düşür.
AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, Azərbaycan “Facebook” sosial şəbəkəsi istifadəçilərinin sayına görə Latviya (214 380 istifadəçi), Belarus (175 380), Qazaxıstan (175 080), Moldova (133 300), Ermənistan (100 880), Özbəkistan (41 580), Qırğızıstan (30 800), Tacikistan (9 660) və Türkmənistan (7 400) kimi ölkələri qabaqlayır.
“Facebakers”in versiyasına görə, ölkələrin ilk beşliyinə ABŞ, İndoneziya, Böyük Britaniya, Türkiyə və Fransa daxildir.
“Facebook” istifadəçilərinin ümumi sayı isə 574 458 400 nəfər təşkil edir.
“Facebook” şəbəkəsi 2004-cü il fevralın 4-dən fəaliyyətə başlayıb. Bu gün servisdən dünyanın 60 dilində, eləcə də Azərbaycan dilində istifadə olunur.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

One Response to Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 6 faizdən çox artıb

  1. oxuyun agah olun

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*