Home » Sosial, Texno, Ümumi » Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 6 ay ərzində 45.62 faiz artıb

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 6 ay ərzində 45.62 faiz artıb

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 820 mini ötüb. Müqayisə üçün bildirək ki, 2012-ci il iyunun əvvəlində bu göstərici 780,340 idi. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, son 6 ay ərzində Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 257 min və ya 45.62 faiz artıb. Son ay ərzində isə artım 42.260 və ya 5.4 faiz təşkil edib. Son həftə ərzində Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 460 min və ya 0.06 faiz azalıb. Azərbaycan “Facebook” istifadəçilərinin sayı üzrə tərtib edilmiş reytinqdə artıq 85-ci yerdə qərarlaşıb. Müqayisə üçün: iyunda 86-cı, mayda 87-ci, yanvarda isə 91-ci mövqedə yer almışdı.
Azərbaycan reytinqdə Gürcüstan (86), Estoniya (102), Qazaxıstan (104), Belorus (109), Latviya (110), Ermənistan (113), Moldova (116), Özbəkistan (137), Qırğızıstan (155), Tacikistan (170) kimi ölkələri qabaqlayıb.
Azərbaycanda “Facebook”dan əhalinin 9.91 faizi və ölkənin ümumi internet istifadəçilərinin 22.3 faizi istifadə edir.
Azərbaycanda “Facebook” istifadəçilərinin 48 faizi 18-24, 22 faizi 25-34, 12 faizi 16-17, 7 faizi – 13-15, 6 faizi 35-44, 2 faizi 45-54 yaş aralığındadır.Azərbaycanda “Facebook” pərəstişkarlarının əksəriyyəti əvvəlki kimi kişilərdir (64 faiz).
ABŞ (155 milyon 699,420) “Facebook” istifadəçilərinin sayına görə əvvəlki kimi liderdir. İkinci yerdə Braziliya (51 milyon 162,280), üçüncü yerdə Hindistan (49 milyon 810,260), dördüncü yerdə isə İndoneziya (43 milyon 833,140) qərarlaşıb.Qeyd edək ki, reytinqdə 213 ölkə təqdim edilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*