Home » Beynəlxalq, Sosial, Texno, Ümumi » Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 500 mini keçdi

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 500 mini keçdi

AgahMedia.Com portalının BBC-nin Azərbaycan bürosuna istinadən məlumatına görə,sosial media statistikası portalı “Socialbakers”-in yeni hesablamalarına əsasən, Azərbaycan Facebook istifadəçilərinin sayına görə 213 ölkə arasında 92-ci yerdədir.
Sayt yazır ki, Azərbaycanda Fcaebook istifadəçilərinin sayı son 6 ayda təxminən 60 faiz artaraq 506 780-ə bərabər olub. Son ay ərzində isə istifadəçilərin sayı 15 faiz artıb.
Əhalinin 6.10 faizi Facebookdan istifadə istifadə edir. İnternet istifadəçilərinin isə 13.74 faizi Facebooka daxil olur.
Məlumata görə, Azərbaycanda Facebook istifadəçilərinin böyük hissəsi gənclərdir. Belə ki, 18-24 yaş arasında istifadəçilərin sayı ümumi rəqəmin 46 faizini təşkil edir. Bu isə 233 119 istifadəçi deməkdir.
55-65 yaşlı azərbaycanlılar isə Azərbaycanın Facebook əhalisinin cəmi 1 faizini təşkil edir.
Socialbakers istifadəçiləri cinsi mənsubiyyətinə görə də təsnifləşdirib. Nəticədə məlum olub ki, Azərbaycanda Facebook istifadəçilərinin 63 faizi kişilər, 37 faizi isə qadınlardır.
Azərbaycan siyahıda Cənubi Qafqazın digər ölkələri arasında orta yeri alıb. Belə ki, Gürcüstan istifadəçilərin sayına görə, 85-ci, Ermənistan isə 118-ci yerdədir.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Gürcüstanda istifadəçilərin sayı 655 700, Ermənistanda isə 208 880-dir.
Türkiyə ABŞ, İndoneziya və Hindistandan sonra siyahıda 4-cü yeri tutur və Facebook istifadəçilərinin sayı 30 milyon yeddi yüz mindən artıqdır. Rusiya 4 milyon yarımdan bir qədər artıq istifadəçi ilə siyahıda 27-ci yerdədir.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Qazaxıstan “Facebook” istifadəçiləri siyahısında Mərkəzi Asiya ölkələrinə liderlik edir. Onların sayı 300 mindən artıqdır.
Daha sonra 86 mindən artıq istifadəçi ilə Özbəkistan gəlir.
Qırğızıstanda 51 mindən artıq, Tacikistanda isə təqribən 22 min istifadəçi var. Türkmənistanda istifadəçilərin sayı 12 360-dır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*