Home » Sosial, Texno, Ümumi » Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 21% artıb
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 21% artıb

Facebook sosial şəbəkəsinin artıq 500 milyon istifadəçisi var.

Bu təxminən dünya əhalisinin 8%-i deməkdir. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Facebook rəsmiləri bunu “əhəmiyyətli dönüş nöqtəsi” adlandırırlar və bunu istifadəçilərin şəbəkəni daha çox yayması ilə əlaqələndirirlər. Bu artım son 6 ayda 100 milyon yeni istifadəçinin abunə olması ilə yaranıb. Azərbaycanda isə son 3 ayda facebook istifadəçilərinin sayı 21% artıb. Facebakers.com saytının statistikasına görə, hazırda Facebookun Azərbaycandan olan iştifadəçilərinin sayı 184 660-dır. Onlardan 62% kişi, 38%-i isə qadındır. 18-24 yaşlılar Facebookdan daha çox (49 faiz) istifadə edənlərdir. İstifadəçilərin yaşı 13-dən 54 yaş arasında dəyişir. 65 yaşdan yuxarı olanlar isə bölgünün 1 faizidir. 55-64 yaşlılar arasında isə Facebook istifadəçisi yoxdur. Facebook sosial şəbəkəsini 2004-cü ildə Harvard Universitetinin tələbəsi Mark Zukerberq yaradıb.Sayt istifadəçilər tərəfindən yaradılan şəkilli, şəxsi və ictimai məlumatlarını və maraqlarını əks etdirən profillərdən ibarətdir. Digər istifadəçilərlə- yəni “dostlarla əlaqə” şəxsi və açıq yazılan ismarıclar və çat formasındadır. İstifadəçilər həm də müxtəlif qrup və səhifələr yarada və ya azarkeşlik edə bilərlər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*