Home » Sosial, Ümumi » Azərbaycanda fərdi evlərin tikintisinə icazə sistemi ləğv edilir
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Azərbaycanda fərdi evlərin tikintisinə icazə sistemi ləğv edilir

Azərbaycanda tikintiyə icazə qaydaları maksimum sadələşdirilir. Belə ki, “Tikinti və Şəhərsalma Məcəlləsi”nə ediləcək dəyişikliklərdən sonra Azərbaycanda fərdi evlərin tikintisinə icazə tələb olunmayacaq. AgahMedia.Com portalının İctimai TV -yə istinadən məlumatına görə, Milli Məclisin məsul əməkdaşı Səyyad Kərimov deyib ki, məcəlləyə ediləcək dəyişikliklərdə fərdi yaşayış evlərinin qısa vaxt ərzində rəsmiləşdirilib istifadəyə verilməsi ilə bağlı normativ qaydalar əhalinin tələblərinə uyğunlaşdırılacaq.
Xatırladaq ki, indiyədək ev tikmək istəyənlər bunun üçün icazəni müvafiq icra hakimiyyətindən alırdı. “Tikinti və Şəhərsalma Məcəlləsi”nə ediləcək dəyişikliklərdən sonra isə vətəndaşlar icazə almaq üçün icra hakimiyyətinə üz tutmayacaq. Sadəcə bu barədə icra qrumuna məlumat verəcək. Yəni ev tikmək istəyən vətəndaşın işi evin layihəsini ərizə ilə birlikdə icazə verən quruma göndərməklə bitəcək. İcra hakimiyyəti isə layihəni nəzərdən keçirib və onun şəhərsalma planına uyğun olub-olmadığını yoxlayır, 30 gün müddətində vətəndaşa rəyini bildirir. Əgər qrumun şəhərsalma planına uyğunluğu barədə hər hansı bir iradı olarsa, bu, layihədə nəzərə alına bilər. Amma bu, tikintiyə icazə verilməməsi demək deyil. Təqdim etdiyi layihə ilə bağlı irad olmayanda isə vətəndaş 30 gün müddətində evin tikintisinə başlaya bilər.
Qeyd edək ki, bu qaydalar yalnız mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan yaşayış evlərinə aiddir. Məcəllədə tikintisi üçün icazə tələb olunan və olmayan obyektlər də müəyyənləşib. Hündürmərtəbəli yaşayış evləri üçün isə mütləq icazə alınmalıdır. Bu binalar üçün xüsusi təhlükəsizlik tələblərinə cavab verməsi ilə bağlı məsuliyyət səviyyəsi müəyyən olunub və onların tikintisi üçün icazə məcburidir. Əgər tikilinin layihəsi şəhərsalma normalarına zidd deyilsə, müvafiq qurum 3 ay müddətində icazə üçün cavab verir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*