Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Azərbaycanda elektron ticarətin həcmində ciddi artım qeydə alındı

Azərbaycanda elektron ticarətin həcmində ciddi artım qeydə alındı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmi

2013-cü ilin yanvar-noyabr aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 17,2 milyard manatlıq və ya keçən ilin on bir ayı ilə müqayisədə 9,7 faiz çox əmtəə satılmışdır. AgahMedia.Com informasiya portalının Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, istehlak mallarının 51,7 faizini ərzaq, 48,3 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,0 faiz bəndi artmışdır.
Yanvar-noyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,6 dəfə artaraq 2,3 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 83,0 faizini hüquqi, 17,0 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 89,6 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*