Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Azərbaycanda elektron ödənişlərin inkişafında yeni mərhələ başlayır

Azərbaycanda elektron ödənişlərin inkişafında yeni mərhələ başlayır

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,Visa və Azərbaycanın Mərkəzi Bankı elektron ödənişlərinin inkişafı sahəsində birgə fəaliyyətini gücləndirir və Azərbaycanın elektron bank bazarının əsaslı yeni inkişaf mərhələsinə gətirəcək AzNNSS ( Azerbaijan National Net Settlement System – Azərbaycan Milli Xalis Hesablaşmalar Xidməti) sisteminin tətbiqini bəyan edir.

Visa Azərbaycan Mərkəzi Bankı ilə birgə keçirdiyi Azərbaycanda ticari ekvayrinqin inkişafına həsr olunan ikinci dəyirmi masada, dövlət qurumları, bank ictimaiyyətinin və təsərrüfat subyektlərinin nümayəndələrinin də qatıldığı tədbirin iştirakçıları Azərbaycanda kart qəbulu şəbəkəsinin genişləndirilməsi imkanları və perspektivlərini müzakirə ediblər.

 Visa-nın sifarişi ilə keçirilən “Ticari ekvayrinqin gələcək inkişafı üçün maneələrin dəf edilməsi” üzrə “Nilsen” tədqiqatına əsasən, ticari ekvayrinqin gələcək inkişafı üçün dövlət və banklar tərəfindən müəyyən tədbirlərin görülməsinə ehtiyac var. Belə ki, təsərrüfat subyektlərinin nağdsız ödənişlərə keçməsinin sürətləndirilməsi və ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi məqsədilə kiçik biznes üçün vergi yükünün azaldılması zəruridir. Digər tərəfdən elektron ödənişlərin və ticari ekvayrinqin inkişafı üçün daha bir vacib şərt istehlakçıların kartların alış-veriş və xidmətlər üçün etibarlı ödəniş aləti və nağd pula rahat alternativ olması ilə bağlı məlumatlandırılmasıdır.

 Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin sözlərinə görə, nağdsız ödənişlərin genişləndirilməsi ölkə rəhbərliyinin də diqqət mərkəzindədir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetində ilin yekunlarına həsr olunmuş iclasda çıxışı zamanı ölkədə nağdsız ödənişlər üzrə dövriyyənin ən qısa vaxtda inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, kartlardan geniş istifadənin təmin edilməsi məqsədilə bir sıra tapşırıqlar verilmişdir. Əlavə olaraq Cənab Prezidentin yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin, həmçinin bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmasının təmin edilməsi haqqında sərəncamlarını da qeyd etmək olar.

 Verilmiş tapşırıqların icrası və eyni zamanda ölkədə hər bir təsərrüfat subyektinin və geniş əhali təbəqəsinin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə cəlb edilməsi, vahid elektron ödəniş məkanında ərazi mənsubiyyətindən asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, əhalidə yüksək ödəniş mədəniyyətinin formalaşdırılması, habelə hökumət və digər qurumların elektron ödəniş sistemlərinə inteqrasiyası Mərkəzi Bankın prioritet hədəfləridir. Sadalanan prioritet hədəflər Mərkəzi Bank tərəfindən hazırlanan müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi və inkişafı üzrə kompleks tədbirləri əhatə edən xüsusi Dövlət Proqramında öz əksini tapacaqdır.

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,Mərkəzi Bank ölkədə hesablaşmaların təşkili və inkişafına cavabdeh bir maliyyə institutu kimi son illərdə elektron ödəniş sistemlərinin yaradılması və nağdsız hesablaşmaların çəkisinin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Mərkəzi Bank hər zaman ölkədə elektron ödənişlərin inkişafına xüsusi diqqət yetirib: “Biz hesab edirik ki, Mərkəzi Bank, müvafiq dövlət strukturları,banklar və beynəlxalq kart təşkilatları birlikdə ölkəmizdə “nağdsız cəmiyyəti”in qurulması istiqamətində səylərini birləşdirməlidirlər. Biz artıq kart qəbulu infrastrukturunun inkişafı istiqamətində bir sıra mühüm layihələr həyata keçirmişik. AzNNSS sisteminin tətbiqi ölkədə nağdsız ödənişlərin inkişafı üçün əlverişli şərait yaratmaq istiqamətində mühüm strateji həlldir və hesablaşma agenti olaraq bu təşəbbüsü dəstəkləməkdən qürur duyuruq – cənab Quliyev qeyd edib. – Elektron ödəniş xidmətlərinin inkişafı həm də əhali arasında təbliğat kampaniyasının aparılması və elektron kommersiyanın inkişafı ilə müşayət olunmalıdır”.

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,Azərbaycanda elektron ödənişlərin gələcək inkişafı mövzusunda müzakirələrlə yanaşı, Visa və Mərkəzi Bank Azərbaycanda Visa ödəniş kartları üzrə banklararası hesablaşmaların milli valyuta – manatla həyata keçirilməsinə şərait yaradan AzNNSS innovativ prosessinq həlli təqdim edib. Visa-nın üzv bankları arasında hesablaşma agenti funksiyasını Mərkəzi Bank həyata keçirəcək.

AzNNSS sisteminin tətbiqi Azərbaycanda pərakəndə nağdsız ödənişlər bazarının inkişaf etdirilməsində vacib mərhələdir. Belə ki, kartlarla banklararası hesablaşmaların manatla həyata keçirilməsi hesablaşma prosedurlarının sadələşdirmək, xərcləri azaltmaqla kart ödənişlərinin ölkədaxilində istifadəsinə təkan verəcəkdir.

“Visa o faktı da nəzərə alır ki, hər bir ölkənin coğrafi, mədəni, maliyyə sistemi və ümumilikdə iqtisadiyyatı unikaldır. Məhz buna görə hər bir ölkənin bank ictimaiyyətinin tələblərinə və məqsədlərinə cavab verən individual həllin hazırlanması zamanı Visa üçün əsas prioritet üzv – banklarımızın ödəniş kartlarının biznesinin inkişafına dəstək olmaqdır” – deyə Visa-nın Rusiya, MDB, Cənub-Şərqi Avropa ölkələri üzrə baş direktoru Stiven Parker qeyd edib, – Visa-nın digər ölkələrdəki təcrübəsi göstərir ki, AzNNSS kimi analoji sistemlərin tətbiqi Visa kartlarının qəbulu şəbəkəsinin genişləndirilməsinə və ümumilikdə nağdsız ödənişlərin inkişafına kömək edir. Biz nağd ödənişlərdən daha rahat, etibarlı və təhlükəsiz olan elektron ödəniş alətlərinin inkişafı sahəsində Azərbaycanın Mərkəzi Bankı ilə əməkdaşlıqdan məmnunuq”.

 “Bir çox ölkələrdə tətbiq edilən NNSS sistemi bankların kart biznesinin inkişafına kömək edir, yəni ödənişlərin milli valyuta – manatla həyata keçirilməsi banklara əməliyyat xərclərini azaltmağa imkan verir. Bundan başqa NNSS sistemi konkret bazarda, həm emissiya, həm də Visa kartlarının qəbulu sahəsində baş verən dəyişikliklərə adaptasiya etməyə şərait yaradan əlverişli həlldir. Məhz buna görə AzNNSS Azərbaycanın təsərrüfat subyektlərində ödəniş kartlarının qəbulunun təkcə yeni regionlara deyil, həm də bazarın yeni seqmentlərinə doğru genişləndirilməsinə kömək edir”. – deyə Visa-nın MDB ölkələri üzrə regional meneceri Aleksandr Kalita əlavə edib. Onun sözlərinə görə hazırda Azərbaycanda Visa-nın üzvü olan bütün banklar bu xidmətə qoşulmuşlar.

 AzNNSS-in kimi analoji layihələrin yaradılması və tətbiqi üçün banklardan xərc tələb olunmur. NNSS sistemi 200 ölkədən olan 15,700-dən çox maliyyə institutunu özündə birləşdirən və saniyədə 20 000-dən çox tranzaksiya həyata keçirmək imkanına malik olan Visa qlobal prosessinq mərkəzinin VisaNet şəbəkəsi əsasında yaradılıb. Azərbaycanın bank bazarının tələblərinə adaptasiya olunan AzNNSS Visa tərəfindən dəstəklənir və sistemə qoşulmuş bankları beynəlxalq tranzaksiyaların emalı zamanı əldə etdikləri texniki dəstək, risklərin idarə edilməsi, mübahisəli vəziyyətlərin həllində kömək kimi üstünlüklərlə təmin edir.

 Visa şirkəti haqda informasiya

Visa dünyanın 200-dən çox ölkəsində kart istifadəçilərinin, ticarət-iaşə obyektlərinin, maliyyə və hökumət idarələrinin tez, təhlükəsiz və etibarlı elektron ödənişlər şəbəkəsinə girişini təmin edən qlobal ödəniş sistemidir. Elektron ödənişlər müştərilərin dələduzlardan müdafiəsini və ticarət iaşə obyekyləri üçün ödənişlərin həyata keçirilməsini təmin edən saniyədə 20 000-dən çox tranzaksiya həyata keçirmək imkanına malik VisaNet qlobal innovativ prosessinq sistemi tərəfindən həyata keçirilir. Visa bank deyil, ödəniş kartları buraxmır, komissiya və ya müştərilər üçün faiz dərəcələri müəyyən etmir, bundan başqa kart sahiblərinə kredit vermir. Öz növbəsində Visa-nın innovativ həlləri maliyyə təşkilatlarına öz müştərilərinə debit, əvvəldən ödənilən və kredit kart məhsullarının da daxil olduğu maliyyə alətlərinin geniş seçimini təqdim etməyə imkan yaradır.

 Daha ətraflı məlumatı bu ünvandan almaq olar: www.corporate.visa.com

Əlavə məlumat üçün:

 Rüfət Abbasov

Mərkəzi Bankın Kommunikasiya Departamentinin direktoru

Tel: +994 12 493 11 22

rufat_abbasov@cbar.az

 Elmira Başarova

Visa-nın MDB ölkələri üzrə PR meneceri

Tel: +7 (495) 787-4140

basharoe@visa.com

 Qeyd: emitent – kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özu və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxsdir.

ekvayrinq – bağlanmış müqavilə əsasında kartların satılmış mallar (iş, xidmətlər) üçün hesablaşma vasitəsi kimi qəbul olunması, onlarla hesablaşmaların təmin edilməsi və kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidmətdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*