Home » Sosial, Texno, Ümumi » Azərbaycanda əmək kitabçaları da elektronlaşdırıla bilər

Azərbaycanda əmək kitabçaları da elektronlaşdırıla bilər

“Azərbaycanda qurulan elektron hökumətin əmək münasibətlərinin tənzimlənməsində iştirakına ehtiyac var. Bu səbəbdən əmək müqavilələrinin əmək kitabçası olmadan bağlanması məsələsi parlamentin payız sessiyasında müzakirə olunacaq.” AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, kompyuter, informasiya texnologiyalarının inkişafı əmək müqaviləsinin əmək kitabçaları olmadan bağlanmasına imkan verir.
Parlamentin payız sessiyasında sosial xidmət, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, bioetika, psixotriyaya yardım haqqında qanunların da müzakirəsi nəzərdə tutulur. Millət vəkili həmçinin “Ailə məcəlləsi”nə edilən əlavə və dəyişikliklərdən də danışıb. Bildirib ki, məcəlləyə çox ciddi əlavə və dəyişikliklər nəzərdə tutulur. Bu ilk növbədə nikah müqavilələrinin bağlanması qaydaları və onun icbariliyini əhatə edəcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*