Home » Sosial, Təhsil sektoru, Ümumi » Azərbaycan universitetlərinə keçid balları məlum oldu

Azərbaycan universitetlərinə keçid balları məlum oldu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında ixtisaslar üzrə keçid ballarını elan edib. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev bildirib. Namiq Babayev deyib ki, 2012-2013-cü tədris ili üzrə Azərbaycanın ali məktəblərinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin vaxtı müəyyənləşib.
İxtisas seçimi bütün ixtisas qrupları üzrə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra – avqustun 7-dən 16-dək aparılacaq.
Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər.
III ixtisas qruplarında ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar.
Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa aid ixtisaslarını seçmək istəyən abituriyentlər üçün cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcək.
N.Babayev deyib ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupu üzrə 15-ə qədər ixtisas kodunu seçə bilərlər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

4 Responses to Azərbaycan universitetlərinə keçid balları məlum oldu

  1. salam menim qadasim 4 cu ixtisas qurupu uzre imtahan verib 496 bal yigib onun hara dusme ehtimallari var

  2. 2013 3 qrub kecit bali nece balfir?

  3. AgahMedia.Com

    Salam. Portalımızda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və imtahanlar haqqında yayımlanan yeni xəbərləri aşağıdakı link vasitəsilə oxuya bilərsiniz.
    Bizə etimad göstərdiyiniz üçün təşəkkürlər!

    TQDK xəbərləri bu linkde >>> http://agahmedia.com/tag/tqdk/

  4. gormuk isinin teskili necenci qrupdu

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*