Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycan şirkəti Gürcüstanın ən böyük vergi ödəyicisi elan olundu


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Azərbaycan şirkəti Gürcüstanın ən böyük vergi ödəyicisi elan olundu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Azerbaycan_ve_Gurcustan_bayraqlari

Neft Məhsulları İdxalçıları İttifaqının təşkilatçılığı ilə Tblisidə düzənlənən və Gürcüstan hökumətinin dövlət strukturlarının, diplomatik missiyaların, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, həmçinin Gürcüstanda fəaliyyət göstərən xarici neft şirkətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə “SOCAR Energy Georgia” şirkəti ən böyük investor və ən mühüm sosial layihələrin müəllifi kimi xüsusi diplom və mükafata layiq görülüb. AgahMedia.Com informasiya portalının məlumatına görə, “SOCAR Georgia Petroleum” şirkəti isə ölkənin ən böyük vergi ödəyicisi elan olunub. 2013-cü ildə 129 457 626 lari (təxminən 78 459 167 ABŞ dolları) məbləğində vergi ödəyən adıçəkilən şirkətin 2006-cı ildən bu vaxtadək Gürcüstanın dövlət büdcəsinə ümumilikdə 1 123 824 431 lari (təxminən 681 105 715 ABŞ dolları) məbləğində vergi ödədiyi bildirilir.
Məlumat üçün bildirək ki, ötən il “SOCAR Georgia Petroleum” vasitəsilə Gürcüstanda SOCAR brendi ilə 11 yeni yanacaqdoldurma məntəqəsi açılmışdır. Bunlardan 4-ü qazdoldurma stansiyası, 6-sı multi-funksional kompleksdir. Hazırda 9 yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilir. Ümumilikdə Gürcüstanda SOCAR brendi ilə 106 YDM fəaliyyət göstərir. 2013-cü ildə “SOCAR Georgia Petroleum”un xətti ilə Gürcüstan bazarına 326 297 ton neft məhsulu idxal edilmişdir ki, bunun da 295 715 tonu Azərbaycan mənşəli neft məhsullarının payına düşür.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*