Home » Sosial, Ümumi » Azərbaycan Prezidenti bəzi dairələrin İslama qeyri-adekvat və neqativ münasibətindən təəssüfləndiyini bildirib


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Azərbaycan Prezidenti bəzi dairələrin İslama qeyri-adekvat və neqativ münasibətindən təəssüfləndiyini bildirib

AgahMedia.Com portalının “İnterfax-Azərbaycan” agentliyinə istinadən məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. Görüşdə Prezident islam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, islam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini söyləyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsinə layiqli töhfələr verir.
İ.Əliyev təəssüflə bildirib ki, “bəzi dairələrdə İslama qeyri-adekvat, qeyri-normal, son dərəcə mənfi münasibət göstərilir”. O, belə təzahürlərə qarşı birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb.
“Birliyə çağırışlar yalnız gözəl şüar deyil, bu, bizim xalqlarımız və ölkələrimiz üçün həqiqətən də lazımdır. Biz bütün müsəlman dünyasının daha da həmrəy olmasını istəyirik”, – deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı bəyan edib ki, islam ölkələri Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğalı problemi ilə bağlı ədalətli mövqe nümayiş etdirir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*