Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycan Mərkəzi Bankı pulların saxtalaşdırılmasına qarşı tədbirləri gücləndirilir

Azərbaycan Mərkəzi Bankı pulların saxtalaşdırılmasına qarşı tədbirləri gücləndirilir

Azərbaycan Respublikasının Mərkəzi Bankında Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin iştirakı ilə milli pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin gücləndirilməsi ilə bağlı görüş keçirilmişdir. AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumata görə, görüşü giriş sözü ilə açan Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev bildirmişdir ki, ölkə iqtisadiyyatının, eləcə də ölkənin bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaratmışdır. Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini və bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir.
Bu istiqamətdə, Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha effektiv idarə edilməsi üçün müvafiq struktur yaradılmışdır və onun fəaliyyəti təmin edilir.
Eyni zamanda A.Vəliyev son zamanlar müəyyən məhsullar üzərində müxtəlif nominallı əskinasların imitasiyalarının geniş miqyasda yayılması faktlarının aşkar edilməsini və bununla əlaqədar əhali tərəfindən Mərkəzi Banka, o cümlədən digər dövlət qurumlarına çoxsaylı müraciətlərin daxil olmasını vurğulamışdır.Bununla əlaqədar olaraq Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri də çıxış edərək bu kimi halların əhalidə narazılıq yaratdığını və imitasiya olunmuş əskinaslar vasitəsilə müəyyən firıldaqçılıq hallarının qeydə alındığını bildirmişlər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşının verdiyi məlumata əsasən Mərkəzi Bankla aparılan son danışıqların nəticəsində hüquq-mühafizə orqanları tərəfindən üzərində pul nişanlarının imitasiya olunduğu müxtəlif növ məhsulların ölkəyə idxalı dayandırılmış və onların pərakəndə satış müəssisələrindən geri yığılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Müzakirənin sonunda aidiyyatı dövlət qurumları arasında pul nişanlarının saxtalaşdırılmasına qarşı koordinasiyanın gücləndirilməsi, eləcə də pul nişanlarının imitasiyasının məhdudlaşdırılması və onun reproduksiyası ilə bağlı müvafiq qanunvericilik bazasının yaradılması barədə qərar qəbul olunmuşdur.
Bununla yanaşı dövlət qurumları ilə Mərkəzi Bank arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Görüşün sonunda müvafiq protokol imzalanmış, əhalinin, eləcə də bir sıra dövlət və kommersiya təşkilatlarının əməkdaşlarının milli pul vahidinin mühafizə elementlərinə dair maarifləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*