Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycan Mərkəzi Bankı Böyük Britaniyanın Mərkəzi Bankı ilə seminarlara başladı

Azərbaycan Mərkəzi Bankı Böyük Britaniyanın Mərkəzi Bankı ilə seminarlara başladı

Azərbaycan Mərkəzi Bankı ilə Böyük Britaniyanın Mərkəzi Bankının (“Bank of England”) Mərkəzi Bankçılıq Tədqiqatlar Mərkəzinin (CCBS) birgə layihəsi çərçivəsində Bakı şəhərində “Pul siyasəti və əməliyyatlar, onların maliyyə sabitliyi ilə qarşılıqlı əlaqəsi” mövzusunda seminar öz işinə başlayıb. Sentyabrın 9-dək davam edəcək seminarda pul siyasəti və maliyyə sabitliyi arasındakı qarşılıqlı əlaqə, pul siyasətinin transmissiya mexanizmi və pul siyasəti, maliyyə köpuyü və prudensial idarəetmə kimi məsələlər müzakirə edilir.
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, seminarın açılışında çıxış edən Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev ölkənin iqtisadi siyasətindən danışaraq bildirib ki, Azərbaycan 2009-cu ildə qlobal-iqtisadi böhrana qarşı preventiv tədbirləri müvəffəqiyyətlə həyata keçirmişdir. O, həmçinin qeyd edib ki, post böhran şəraitində dünya mərkəzi bankları qarşısında yeni çağırışlar yaranıb. Başlıca vəzifələrdən biri pul siyasəti dizaynının təkmilləşdirilməsi və prudensial idarəetmənin makroiqtisadi səmərəsinin artırılmasıdır.
Qeyd edək ki, tədbir pul siyasəti, maliyyə sabitliyi və bazar əməliyyatları sahələrini təmsil edən orta menecment və təcrübəli peşəkarlar üçün nəzərdə tutulub. Seminarda Rusiya, Türkiyə, Gürcüstan, Litva və Azərbaycan Mərkəzi Bankının nümayəndələri iştirak edirlər.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*