Home » İdman, Ümumi » Azərbaycan London Yay Olimpiya Oyunlarında medalların sayına görə 30-cu yeri tutdu


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Azərbaycan London Yay Olimpiya Oyunlarında medalların sayına görə 30-cu yeri tutdu

XXX London Yay Olimpiya Oyunlarında idmanın 16 növündə 53 idmançı təmsil olunan Azərbaycan heyəti 10 – iki qızıl, iki gümüş və altı bürünc medal qazanmışdır. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, ümumi komanda hesabında qazandığı medalların sayına görə Azərbaycan London Olimpiadasında 30-cu yeri tutmuşdur.
Sərbəst güləşçilərimiz Toğrul Əsgərov (60 kiloqram) və Şərif Şərifov (84 kiloqram) Olimpiya çempionları olmuş, Xetaq Qazyumov (96 kiloqram) bürünc medala layiq görülmüşdür. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov (55 kiloqram) ikinci yeri tutmuş, Emin Əhmədov (74 kiloqram) isə bürünc medal qazanmışdır. Qadınlar arasında güləşçimiz Mariya Stadnik (48 kiloqram) Olimpiadanın gümüş medalına sahib olmuş, Yuliya Ratkeviç (55 kiloqram) isə üçüncü yeri tutmuşdur. Boksçular Teymur Məmmədov (91 kiloqram) və Məhəmmədrəsul Məcidov (91 kiloqramdam çox) bürünc mükafatlara layiq görülmüşlər. Azərbaycanın ağır atleti Valentin Xristov isə (56 kiloqram) bürünc medal qazanmışdır. Beləliklə, Azərbaycan əvvəlki olimpiadalarda qazanılmış medalların sayına görə rekordunu təzələmişdir. Xatırladaq ki, 2008-ci ildə Pekində olimpiyaçılarımız yeddi medal qazanmışdılar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*