Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Azərbaycan internetə daxilolma səviyyəsinə görə MDB ölkələri arasında birinci oldu

Azərbaycan internetə daxilolma səviyyəsinə görə MDB ölkələri arasında birinci oldu

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmi

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Azərbaycan fərdi istifadəçilər arasında internetə daxilolma səviyyəsinə görə MDB ölkələri arasında birinci olub. Bu barədə Genişzolaqlı Rabitə Komissiyası tərəfindən hazırlanmış araşdırmada məlumat verilib. Araşdırmaya əsasən, Azərbaycan fərdi internet istifadəçilərinin sayı üzrə 194 ölkə arasında 54,2 faiz göstərici ilə 66-cı yerdədir. Ölkəmiz bu göstərici üzrə Qazaxıstan, Rusiya, Belarus, Gürcüstan, Moldova, Ermənistan, Özbəkistan, Ukrayna, Tacikistan və Türkmənistanı qabaqlayır. Azərbaycan inkişaf etməkdə olan ölkələr üzrə fərdi istifadəçilər arasında genişzolaqlı internetə daxilolma səviyyəsinə görə 54,2 faiz göstərici ilə 25-ci yerdə qərarlaşmışdır. Ölkəmiz bu göstərici üzrə də MDB ölkələri arasında birinci yeri tutur.
Azərbaycan inkişaf etməkdə olan ölkələr üzrə ev istifadəçiləri arasında genişzolaqlı internetə daxilolma səviyyəsinə görə 46,8 faiz göstərici ilə 24-cü pillədədir. Ölkəmiz bu göstərici üzrə MDB ölkələri arasında Qazaxıstan (52,6 faiz) və Belarusdan (48,3) sonra üçüncü yerdədir.
Azərbaycan mobil genişzolaqlı internetə daxilolma səviyyəsinə görə 33,3 faiz göstərici ilə 50-ci yerdədir. Ölkəmiz bu göstərici üzrə MDB ölkələri arasında Rusiyadan sonra ikinci yeri tutur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*