Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycan filmləri Kann kinofestivalında …

Azərbaycan filmləri Kann kinofestivalında …

64-cü Beynəlxalq Kann kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil edilib. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, festival çərçivəsində müxtəlif ölkələri təmsil edən çoxsaylı festival qonaqlarının iştirakı ilə “Filmland of Azerbaijan multimediya kino bələdçisi” təqdim olunub. Milli kinonun tarixinə həsr olunmuş “Dövlət Film Fondu təqdim edir” sənədli filmi festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Eyni zamanda, Azərbaycan kinosu Kann kino bazarında dövlət sifarişi ilə çəkilmiş “Aktrisa” və “Sahə” bədii filmləri ilə təmsil olunub. Qısa filmlər bölməsində həmyerlilərimizin çəkdikləri iki film nümayiş olunub. Səfər çərçivəsində Amerika və Avropanın prodüserləri ilə bir sıra işgüzar görüşlər təşkil olunub.
Festival günlərində xarici kinematoqrafçılara Azərbaycanın kino çəkilişləri aparmaq üçün əlverişli təbiət və tarix obyektləri, dövlət və müstəqil prodüser mərkəzləri, onların göstərdikləri xidmətlər, son illərdə çəkilmiş filmlər barəsində məlumatlar təqdim olunub. Bakıdan gətirilmiş mədəniyyət və turizm mövzularında çoxlu sayda çap məhsullarına maraq göstərilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*