Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycan filmləri beynəlxalq festivalda
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Azərbaycan filmləri beynəlxalq festivalda

Aprelin 19-da Rusiyanın Kemerovo şəhərində “Vision” VII Beynəlxalq qısametrajlı və animasiya filmləri festivalına start verilib. Qeyd edək ki, festival Kemerovo Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Kemerovo Şəhər Administrasiyasının mədəniyyət, idman və gənclər siyasəti idarəsinin dəstəyi ilə təşkil olunub.
AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, azərbaycanlı rejissor Zaur Qasımlının “İnkoqnito” filmi də festivalın proqramına daxil edilib. Film apelin 22-də nümayiş olunacaq. Tərbiyəvi-əxlaqi xarakter daşıyan 15 dəqiqəlik film Bakıda adi mənzillərin birində nənəsi ilə yaşayan gənc, daim “ağ atlı şahzadə” haqqında düşünən Emilya adlı qızdan bəhs edir.
Filmdə baş rolları gənc aktrisa Nigar İbrahimova və aktyor Qorqud Cəfərli oynamışlar.
Filmin ssenari müəllifi Emil Quliyev, rejissoru Zaur Qasımlı, operatoru Rauf Qurbanəliyev, bəstəkarı isə Xəyal Məmmədovdur.
Festivalda, həmçinin rejissor Məzahir Həşimovun “16 +” filmi də təqdim olunacaqdır.
“Vision” Beynəlxalq qısametrajlı və animasiya filmləri festivalı 2007-ci ildən keçirilir. Altı il ərzində festivalda Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan, ABŞ, Serbiya, Böyük Britaniya, İspaniya və Portuqaliyanın 50-dən çox şəhərindən gənc rejissorlar iştirak etmişlər. Azərbaycan festivalda ilk dəfədir ki, təmsil olunur.
Festival aprelin 25-dək davam edəcək.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*