Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycan “Eurovision-2011″in finalına vəsiqə qazandı

Azərbaycan “Eurovision-2011″in finalına vəsiqə qazandı

Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar və Nigar Almaniyanın Düsseldorf şəhərində keçirilən müsabiqənin I yarımfinalında uğurlu çıxış ediblər.“Running Scared” mahnısını ifa edən təmsilçilərimiz finalda iştirak hüququ qazanıblar. Yarımfinalda iştirak edən 19 ölkədən 10-u finala vəsiqə qazanıb.
Həmin ölkələrin adlarını təqdim edirik:
1.Serbiya
2.Litva
3. Yunanıstan
4. Azərbaycan
5. Gürcüstan
6. İsveçrə
7. Macarıstan
8. Finlandiya
9. Rusiya
10. İslandiya
Albaniya, Xorvatiya, Malta, Norveç, Polşa, Portuqaliya, San-Marino, Ermənistan, Türkiyə isə finala vəsiqə qazana bilməyib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, finala vəsiqə qazanan ölkələr artıq birinci yarımfinaldan sonra mətbuat konfransı keçirib. Mətbuat konfransında finalda çıxış ardıcıllığını müəyyən edən püşkatma da olub. Püşkatmanın nəticəsinə görə, Azərbaycan finalda 19-cu çıxış edəcək. Mayın 14-də keçiriləcək final mərhələsində ümumilikdə 25 ölkə yarışacaq.
Hazırda Azərbaycan nümayəndə heyəti, Almaniyada yaşayan Azərbaycanlılar ölkəmizin uğurunu böyük təntənə ilə qeyd edirlər.
“Eurovision-2011” Mahnı Müsabiqəsi bir çox məqamları ilə, o cümlədən möhtəşəm səhnə tərtibatı ilə seçilirdi.
Qeyd edək ki, mayın 12-də keçiriləcək II yarımfinalda da 19 ölkə yarışacaq. Bu mərhələdən də 10 ölkə seçiləcək. Yarımfinallardan qalib çıxan ümumilikdə 20 ölkə finalda Fransa, İtaliya, Böyük Britaniya, İspaniya və Almaniya ilə birlikdə yarışacaq. Adlarını qeyd etdiyimiz 5 ölkə müsabiqənin təsisçiləri olduğundan birbaşa finalda yarışır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*