Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat » Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda yeni ticarət mərkəzini istifadəyə verdi

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda yeni ticarət mərkəzini istifadəyə verdi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Azerbaycan_ve_Gurcustan_bayraqlari

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın yanacaq bazarında ön mövqe tutmaqla yanaşı, digər layihələrin reallaşdırılmasında da fəaliyyətini genişləndirir. Şirkətin “Qudvil” ticarət mərkəzi ilə birgə layihəsi çərçivəsində Tbilisi və soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhəri arasındakı mərkəzi avtomobil yolunun Lilo yaşayış məhəlləsi yerləşən sahəsində böyük ticarət obyekti və yeni yanacaqdoldurma stansiyası inşa olunub istifadəyə verilmişdir. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, ticarət obyektində 45, yanacaqdoldurma stansiyasında isə 17 nəfərin işlə təmin olunduğu bildirilib. Altı yüz kvadratmetr ərazini əhatə edən ticarət obyekti Almaniya və Yaponiya avadanlığı ilə təchiz olunmuşdur. Burada istehlakçılar üçün kafe-bar və simsiz internet də fəaliyyət göstərir. Obyektlərin açılışında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, şirkətin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və başqaları iştirak ediblər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*